Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın».
(Yaradılış, 1:20-22)
Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı.
(Yaradılış, 1:24-25)
Əllərinin işləri üzərində onu (insanı) hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun: Bütün sürü və naxırları, çöldə yaşayan heyvanları, göydəki quşları, dənizdəki balıqları, dəryalarda üzənlərin hamısını. Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzərində nə qədər əzəmətlidir!
(Məzmurlar, 8:6-9)